“Benzema çox ağıllı oyunçudur” – Platini

UEFA-nın sabiq prezidenti Mişel Platini “Real”ın hücumçusu Kərim Benzemanın “qızıl top”u qazanmasına münasibət bildirib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbol funksioneri, Benzemanın çox ağıllı futbolçu olduğunu deyib:

“Benzema çox ağıllı oyunçudur, oyunu hamıdan yaxşı anlayır. Onun hərəkətlərini proqnozlaşdırmaq çox çətindir. O, “qızıl top”u layiqincə qazandı. Benzemanın son bir neçə ildəki performansı fenomenal idi. Bu mükafat sayəsində o, Fransa futbolunun əfsanələrindən birinə çevrildi”.

34 yaşlı futbolçu ötən mövsüm “Real”la La Liqa və Çempionlar Liqasının qalibi və hər iki yarışın bombardiri olub. Benzema oktyabrın 17-də, futbolçu karyerasında ilk dəfə bu mükafatı qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button