“Benfika”nın avtobusu hücuma məruz qaldı – İki futbolçu yaralandı

Portuqaliya çempionatının 25-ci turunda keçirilən “Tondela” ilə oyundan (0:0) sonra “Benfika”nın üzvlərini daşıyan avtobus hücuma məruz qalıb.

Komanda.az xəbər verir ki, naməlum şəxslər avtobusa hücum edərək, onu daşlayıblar. Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Hücum nəticəsində “Benfika”nın iki futbolçusu – Andria Jivkoviç və Yulian Vayql yaralanıb və xəstəxanaya aparılıb.

Hadisəni törədənlərin azarkeş olmadığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button