“Benfika”nın Mourinyonu əvəzləməyə 3 namizədi var

“Benfika” mövsümün sonunda baş məşqçisi Joze Mourinyonun “Real”a getmə ehtimalını nəzərə alaraq, onun mümkün əvəzləyicilərini müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu əsas namizədlərdən biri kimi “Flamenqo”nun sabiq çalışdırıcısı Filipe Luisi nəzərdən keçirir. O, Braziliya klubunda işlədiyi dövrdə Libertadores kubokunu, həmçinin, ölkə çempionatını və superkubokunu qazanıb.

Bundan əlavə, “Benfika”nın qısa siyahısında Ruben Amorim (“Mançester Yunayted” və “Sportinq”in keçmiş baş məşqçisi) və Marko Silva (“Fulhem”) da yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button