Yeni transferdə şiş aşkarlandı – Belottini “qaraladılar”

İtaliyalı hücumçu Andrea Belotti karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az “Tutto Mercato”-ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə Dortmund “Borussiya”sı maraqlanır. Almaniya klubu yeni transferi Sebastian Hallerdə şiş aşkarlanandan sonra hücumçu axtarır. Haller daha öncə “Mançester Siti”yə keçən Erlinq Halandın əvəzedicisi kimi klubla müqavilə imzalamışdı.

Belotti müqaviləsi bitdikdən sonra azad agent kimi “Torino”dan ayrılıb. Hücumçu ötən mövsüm A Seriyasında 22 oyun keçirib və 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button