“Bellingem müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir” – Keçmiş futbolçu

“Real”ın sabiq futbolçusu Quti komandanın yarımmüdafiəçisi Çud Bellingem haqda danışıb.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü Bellingemi müasir futbolun ən yaxşı yarımmüdafiəçisi adlandırıb:

“O, müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir. Bellingem müasir futbolda oynamağa imkan verən bütün keyfiyyətlərə malik futbolçudur. Güclüdür, çox istedadlıdır, yaxşı ünsiyyət qurur, meydançanın dərinliyindən gəlir və daha çox şeylər.

Eyni zamanda, o, indi çoxlu qollar vurur. Onun üslubu və “Santyaqo Bernabeu”nu “fırtına” ilə ələ keçirməsi onu paltardəyişmə otağında əsl lider edir. Bir sözlə, klub rəhbərliyindən əla transfer oldu. “Real”a getmək istədiyini əvvəldən bilən və yeganə məqsədi bu olan oyunçu idi”.

Bellingem bu mövsüm bütün yarışlarda 16 matçda iştirak edib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button