Belçika millisinin sabiq futbolçusu ölkəsinə qayıtdı

Belçika milli komandasının sabiq üzvü Stiven Defurun yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Mexelen”ə transfer olunub. Bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb. Defurla imzalanan müqavilə 2021-ci ilin yayına qədərdir.

Karyerası ərzində “Portu”, “Anderlext”, “Bernli” kimi klublarda çıxış edən Defur, bu ilin yayından işsiz idi. Yarımmüdafiəçi Belçika millisində 52 oyunda 2 qol vurub.