ÇL: “Belə sıradan çıxmaq ayıbdır”

“Portu”nun müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Arsenal”a məğlubiyyəti (0:1, pen – 2:4) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portqaliyalı futbolçu əla oyun keçirdiklərini, amma irəli gedə bilmədiklərini bildirib:

“Əvvəla, azarkeşlərə təşəkkür etmək istərdim. Onlar əla idi. İkincisi, belə sıradan çıxmaq ayıbdır, amma bu, oyunun bir hissəsidir. Ev oyunundan başlayaraq “Arsenal”a problem yaratdıq. Bu gün onlar hədəfə ilk zərbə ilə qol vurdular. Komanda yoldaşlarımı təbrik etməliyəm, çünki onlar baş məşqçinin dediyini etdilər. Amma elə məqamlar oldu ki, daha yaxşı oynayıb qol vura bilərdik. Əla oynadıq, amma təəssüf ki, irəli getmədik”.

“Arsenal”ın 1/4 finaldakı rəqibi martın 15-də keçiriləcək püşkatmanın nəticələrinə əsasən müəyyən ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button