Rafinya “Atletiko” ilə matç haqda: “Enerjim qalmadı”

“Barselona”nın futbolçusu Rafinya Dias “Atletiko” ilə oyundan (3:1) sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçda əvəzlənmək istəməsinin səbəbini açıqlayıb:

“Yaxşı formadayam, amma hələ optimal fiziki vəziyyətimdə deyiləm. Belə çətin matçda özümü yorğun hiss etməyim təəccüblü deyil. Buna görə də əvəzlənməyimi istədim, enerjim qalmadı. Pedri də eyni hissləri keçirirdi”.

Braziliyalı futbolçu 26-cı dəqiqədə “Barselona”nın ilk qolunu vurub və 78-ci dəqiqədə əvəzlənib.

Kataloniya komandası 6 dekabrda səfərdə “Betis”lə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button