“Belə bir klubda debütümlə fəxr edirəm” – Yeni transfer

“Liverpul”un yeni futbolçusu Dominik Soboslai “Karlsrue” ilə yoldaşlıq görüşündə (4:2) komandada debütü ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, macarıstanlı futbolçu “Liverpul”da yeni oyunları səbirsizliklə gözləyidiyini deyib:

“Bu, çox xoş bir məqamdır. Belə bir klubda debütümlə fəxr edirəm. “Liverpul”da yeni oyunları səbirsizliklə gözləyirəm. Qazanmaq həmişə xoşdur. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. İndi növbəti görüşə hazırlaşırıq”.

Soboslai bu yay “Liverpul”a keçib. O, klubla 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button