Bekhem Trampla görüşdə niyə olmayıb?

“İnter Mayami”nin futbolçuları və klubun nümayəndələri MLS kubokundakı qələbələrini qeyd etmək üçün dünən Ağ Evə səfər ediblər.

ABŞ-nin Prezidenti Donald Tramp idmançıları rəsmi mərasimdə salamlayıb. Klubun həmtəsisçilərindən olan İngiltərə millisinin sabiq üzvü Devid Bekhem tədbiri buraxıb.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, Bekhemin iştirakı ailəvi səbəblərə görə mümkün olmayıb. Belə ki, o, Avropada qalaraq, həyat yoldaşı Viktoriya Bekhemin moda nümayişini dəstəkləyib.

6 il əvvəl MLS-ə qoşulan “İnter Mayami” bu müddət ərzində daxili yarışlarda 3 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button