“Xabi Alonso mənimlə qürur duyduğunu dedi”

“Real”ın yarımmüdafiəçisi Arda Gülər, keçmiş baş məşqçisi Xabi Alonsodan aldığı dəstək mesajı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu aprel ayında “Allianz Arena”da “Bayern”ə qarşı keçirilən UEFA Çempionlar Liqasının 1/4 final oyunundan sonra Alonsonun ona mesaj göndərdiyini bildirib:

“Matçdan sonra Xabi Alonso mənə mesaj yazdı və mənimlə qürur duyduğunu dedi. Bu sözləri oxumaq mənim üçün çox xoş idi”.

Həmin qarşılaşmada Arda Gülər iki qolla yadda qalsa da, “Real” səfərdə 3:4 hesabı ilə məğlub olaraq, Çempionlar Liqası ilə vidalaşıb.

Xabi Alonso yanvar ayında “Real”ın baş məşqçisi postundan ayrılıb. Mövsümün sonunda komandadan ayrılan Alvaro Arbeloa isə klubun yeni çalışdırıcısı təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button