“Bayern” müdafiəçisi üçün yaxşı təklif gözləyir

“Bayern”in müdafiəçisi Kim Min Jae klubdan ayrılmaq imkanına malikdir.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl, ötən yay cənubi koreyalı futbolçunun ətrafına, yaxşı təklif olarsa, klubun onunla vidalaşmağa hazır olduğunu bildirib. Bu mövqe hələ də dəyişməyib.

29 yaşlı müdafiəçi buna baxmayaraq, “Bayern”də özünü rahat hiss edir və hazırkı rolunu qəbul edib. O, cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

İngiltərə Premyer Liqasından adı açıqlanmayan iki klub Kim Min Jaenin xidmətində maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button