Almaniya klubu Leaonu transfer etmək istəyir

“Milan”ın hücumçusu Rafael Leao yay transfer dövründə Bundesliqaya keçə bilər.

Komanda.az “Tuttomercato”-ya istinadən xəbər verir ki, “Bayern” portuqaliyalı futbolçunu transfer etməyi planlaşdırır. Potensial sözləşmənin dəyəri təxminən 60 milyon avro ola bilər.

26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 29 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button