
“Bayern” almaniyalı hücumçu üçün hərəkətə keçib
“Arsenal”ın hücumçusu Kay Haverts yay transfer dövründə yenidən Bundesliqaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 2023-cü ildə “Çelsi”dən 75 milyon avroya transfer etdiyi forvardı bu yay satmağı nəzərdən keçirir. Almaniyalı futbolçunun “topçular”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
26 yaşlı forvardın xidmətində əsas maraqlı tərəf “Bayern”dir. Almaniya çempionu onu heyətdə Nikolas Ceksonın əvəzləyicisi kimi görür. Cekson mövsümün sonunda icarədən qayıdaraq, yenidən “Çelsi”yə qoşulacaq.
Haverts cari mövsümdə “Arsenal”ın heyətində 20 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. O, 2016-2020-ci illərdə Leverkuzen “Bayer”inin heyətində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



