“Hakimlərin səhv etdiyini bilirik, amma…” – “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Mateu Alemani komandanın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məğlubiyyətlərdən dərs almalı olduqlarını deyib:

“Vəziyyət elə inkişaf etdi ki, heç nə bizim xeyrimizə olmadı. Bizi bu nəticəyə gətirən vəziyyətləri təhlil etmək üçün çox vaxt sərf edə bilərik. Bununla belə, biz dərs alıb, irəli getməliyik – qarşıda müxtəlif turnirlərdə çoxlu oyunlar var.

Düşünürəm ki, Münhendə “Bayern”ə uduzmağa layiq deyildik. “İnter”lə Milandakı matçda anlaşılmaz hakim qərarları var idi. Biz hakimlərin səhv etdiyini bilirik, amma bunu ekran arxasında oturub müzakirə etməyin mənası yoxdur. Ancaq bu matçlar bütün qrup mərhələsini müəyyənləşdirdi”.

“Barselona” “İnter”in “Viktoriya” (Plzen) üzərində qələbəsindən sonra ÇL-də qrupdan çıxmaq şansını itirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button