“Bayer”dən müdafiəçisi ilə yeni müqavilə – Rəsmi

Leverkuzen “Bayer”i müdafiəçisi Edmond Tapsoba ilə yeni müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Burkina Faso millisinin üzvü ilə bağlanan yeni anlaşmaya əsasən, 27 yaşlı futbolçu 2031-ci ilə qədər Almaniya təmsilçisinin şərəfini qoruyacaq.

Tapsoba cari mövsümdə göstərdiyi performansla diqqət çəkib. O, Bundesliqada keçirdiyi 26 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button