
“Bayer” yeni baş məşqçisini açıqladı
Leverkuzen “Bayer”inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi postu “Tuluza”nın sabiq çalışdırıcısı Karles Martinesə həvalə olunub. 42 yaşlı mütəxəssislə müddəti 2 il olan müqavilə imzalanıb.
O, “Bayer”də 2025-ci ilin sentyabrından bu vəzifəni tutan danimarkalı Kasper Yulmannı əvəz edib.
İspaniyalı çalışdırıcı 2023-cü ilin yayından “Tuluza”ya rəhbərlik edirdi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa Liqa 1-i turnir cədvəlinin 10-cu pilləsində başa vurub. “Bayer” isə 2025/26 mövsümündə Almaniya Bundesliqasında 6-cı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



