“Bayer” 32 milyon avroluq müdafiəçi ilə maraqlanır

“Feyenoord”un müdafiəçisi David Hançko karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, slovakiyalı futbolçunun xidmətində Leverkuzen “Bayer”i maraqlıdır.

27 yaşlı oyunçunun transfer dəyəri 32 milyon avro qiymətləndirilir. O, bu mövsüm Niderland komandasının heyətində 39 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button