“Barselona” həmişə təhlükəlidir” – Levandovski

“Bavariya”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”ni məğlub etdikləri oyundan (4:1) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin mətbuat xidmətinə danışan polşalı hücumçu, 1/4 finalda “Barselona”ya rəqib olmaları haqda da açıqlama verib:

“Ən əsası, yaxşı hücumlar qurduq və oyundan zövq aldıq. Dərhal qol vurmalı olduğumuzu bilirdik və bunu da çox yaxşı bacardıq. Bu, bizim üçün vacib idi.

Komanda olaraq yaxşı oynamalıyıq. “Barselona” həmişə təhlükəlidir. Buna baxmayaraq, biz öz oyunumuzu sərgiləməliyik”.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” və “Bavariya” qarşılaşacaq. Portuqaliyada keçiriləcək oyun avqustun 14-də oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button