“Bavariya”da daha bir ayrılıq rəsmiləşdi

Almaniyanın “Bavariya” klubu cari mövsümün sonunda daha bir futbolçusu ilə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Xavi Martines də Münhen təmsilçisini tərk edəcək.

Bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə ispaniyalı yarımmüdafiəçinin iyunda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 32 yaşlı oyunçu 2012-ci ildən “Bavariya”da çıxış edirdi.

“Bavariya” Xavi Martinesdən öncə David Alaba və Jerom Boatenqin də mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button