
“Barselona” 70 milyon avroluq təklifə “yox” dedi
“Bavariya” “Barselona”nın futbolçusu Osman Dembeleni transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi fransız hücumçu üçün 70 milyon avro təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” Dembele üçün gələn ilk təklifi rədd edib və Münhen təmsilçisindən ən azı 95 milyon avro istəyib.
Dembele 2017-ci ilin yayında Dortmund “Borussiya”sından 125 milyon avro qarşılığında “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



