“Xəyanət”i bağışlanmadı – qovuldu!

Niderlandın “Alkmaar” klubu baş məşqçisi Arne Slotla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin davranışı səbəb olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slot “Alkmaar”a xəbər etmədən Niderlandın digər klubu “Feyenoord”la danışıqlar aparıb. Bu səbəblə klub onu istefaya göndərib.

Slot 2019-cu ildən “Alkmaar”ı çalışdırırdı.