Salah qayıdıb

“Liverpul”un vingeri Məhəmməd Salahın zədəsi tam sağalmağa yaxındır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu Premyer Liqanın 28-ci turunun “Mançester Siti” ilə oyununda iştirak edə bilər. Bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, Salahın artıq komanda ilə məşqlərə qoşulduğunu da bildirib:

“Salah bir neçə gündür bizimlə məşq edir. Onun qayıtması əladır. Başqa bir vəziyyətdə, oyunçu belə bir zədədən sonra komandanın siyahısına daxil edilməzdi. Ehtiyatlı olmalıyıq, amma mövsümün super gərgin hissəsi başladı. Hər kəsə ehtiyacımız var. Görək, o, meydanda nə qədər qala bilər”.

Yanvarın 18-dən Salah bud nahiyəsindən zədələndiyi üçün cəmi bir rəsmi matçda iştirak edib. O, Afrika Millətlər kubokunda, Misir yığmasında oynayarkən zədələnib.

31 yaşlı futbolçu 2018-ci ildən “Liverpul”da çıxış edir. O, bu mövsüm “qırmızılar”ın heyətində bütün yarışlarda 29 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button