“Sabah” “Astana” ilə yoxlama oyunları keçirəcək

“Sabah” basketbol komandası yoxlama oyunları keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırkı Azərbaycan çempionu Qazaxıstanın “Astana” komandası ilə iki oyunda üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button