Basketbol: Müntəzəm mövsümün son turunun proqramı məlum olub

Azərbaycan Basketbol Liqasında 18-ci turun proqramı məlum olub.

Komanda.az xəbər verir ki, müntəzəm mövsümün son oyunları aprelin 24-28-i aralığında keçiriləcək.

Aprelin 24-də, saat 19:00-da mərkəzi qarşılaşmada “Sabah” və “Xəzri” komandaları üz-üzə gələcəklər. Qalib komanda mövsümü birinci pillədə başa vuracaq.

Müntəzəm mövsüm aprelin 28-də “NTD-İndiqo” – “Şəki” matçı ilə başa çatacaq.

Azərbaycan Basketbol Liqası, 18-ci tur

24 aprel

19:00. “Sabah” – “Xəzri”
“Sərhədçi” İdman Mərkəzi

25 aprel

19:30. “Xırdalan” – “Cəlilabad”
“Sərhədçi” İdman Mərkəzi

26 aprel

19:30. “Sərhədçi” – “Neftçi”
“Sərhədçi” İdman Mərkəzi

27 aprel
14:00. “Gəncə” – “Sumqayıt”
Gəncə Olimpiya Kompleksi

28 aprel

14:00. “NTD-İndiqo” – “Sumqayıt”
Xaçmaz Olimpiya Kompleksi

“Sabah” hazırda 31 xalla liderdir. İkinci sıradakı “NTD-İndiqo” və üçüncü yerdəki “Xəzri”nin 30 xalı var. “Xırdalan” 28 xalla dördüncü, eyni xala malik “Neftçi” beşincidir. Növbəti pillələrdə “Sərhədçi” (24 xal), “Sumqayıt” (23), “Cəlilabad” (22), “Gəncə” (21) və “Şəki” (18) qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button