
Basketbol Liqasının ikinci mərhələsinin qalibi müəyyənləşdi
Qadınlar arasında 3×3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi müəyyənləşib.
Komanda.az Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci mərhələnin oyunları Bakı İdman Sarayında keçirilib.
Finalda RİOEUGİM 2 komandası 19:13 hesabı ilə “AzStars”a qalib gəlib. Finalın ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2-dən Leyla Allahverdiyeva seçilib.
Qalib kollektivə mükafatları ABF-nin əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



