
“40 yaşında belə ehtirasla oynayan birini görmək inanılmazdır”
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç həm meydanda, həm də kollektivdə sərgilədiyi davranışı ilə digərlərinə nümunədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri səsləndirib və o, xorvatiyalı futbolçunun rolunu yüksək qiymətləndirib:
“Modriç komandaya yalnız oyun keyfiyyəti gətirmədi, həm də insanlıq və peşəkarlıq baxımından, xüsusən, gənclər üçün nümunə oldu. 40 yaşında belə ehtirasla oynayan birini görmək inanılmazdır”.
Modriç 2025-ci ilin yayında azad agent kimi “Milan”a keçib. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



