
“İndi qələbəyə ehtiyacımız var” – “Roma”nın baş məşqçisi
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyası çərçivəsində, 17-ci turda “Cenoa” ilə bu gün keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı, ukraynalı hücumçu Artem Dovbikin hələ tam hazır olmadığını və gələn həftə məşqlərə qayıdacağına ümid etdiklərini bildirib:
“Dovbik hələ hazır deyil. O, məşq edir, amma hələ topa vura bilmir. Hazırda əsas problemimiz Mario Hermosodur və oyun günü onun oynayıb-oynamayacağını həll etməliyik. O, qasıq zədəsi ilə üzləşib.
“Cenoa”ya qarşı oyun asan olmayacaq. Turnir cədvəlini nəzərə almasaq da, onlarla qarşılaşma çətin olacaq. Qələbə qazanmaq üçün bütün enerjimizi sərf etməliyik. Xüsusilə, indi qələbəyə ehtiyacımız var”.
“Roma” hazırda 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, “Cenoa” isə 14 xalla 17-cidir.
Bizi Facebook-da izləyin



