“Bizdə çoxlu istedad var” – “Real”ın futbolçusu

“Real”ın yarımmüdafiəçisi Brahim Dias komandasının İspaniya çempionatında startı haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu komandanın yaxşı vəziyyətdə olduğunu bildirib:

“Mən komandanın yaxşı olduğunu və daha çox şey istədiyini görürəm. “Santyaqo Bernabeu”da oynadığımız ilk oyunda geri dönüş olsa belə, çox yaxşı başlanğıc idi. Hamımız qələbələrə töhfə veririk. Biz komandayıq və bizdə çoxlu istedad var.

Komandaya kömək etməyə və oynadığım dəqiqələrdə töhfə verməyə hazıram. Ötən dəfə oyunun çox yaxşı anında meydana daxil oldum. Komanda çox yaxşı çıxış etdi, mən üzərimə düşəni etdim və hər şey yaxşı keçdi. Baş məşqçi də razı qaldı. O, mənə hər dəqiqədən maksimum yararlanmağı və oyunda dəyişiklik etməyə çalışmağımı söylədi”.

“Real” növbəti turda “Real Sosyedad”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button