“Barselona”ya daha bir rəqib – Lautaro Martines üçün

“Barselona”nın transfer hədəfində olduğu deyilən “İnter”in futbolçusu Lautaro Martinesə daha bir müştəri var.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” də 22 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. “Şəhərlilər” cari mövsümün sonunda Martinesin transfer hüquqlarını almağı planlaşdırır.

Martines “Barselona”dan başqa, “Real”, “Çelsi” kimi klubların da maraq dairəsindədir. “İnter” futbolçunu satmaq istəmədiyini bildirmişdi.

Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button