Simeone: “Barselona”nın zədəli oyunçuları barədə düşünmürəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona” ilə Kral kuboku yarımfinalının ilk oyunundan əvvəl, mətbuat konfransında qarşılaşmada yarana biləcək problemlərlə bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Barselona”nın zədəli oyunçuları? Düzünü desəm, bu barədə düşünmürəm. Komandamız haqqında düşünürəm. Bəzi oyunçular son vaxtlar ən yaxşı oyunlarını göstərmirlər. Özümüzə və qarşıdakı matç üçün oyun planımıza diqqət yetirməliyik”.

Madrid klubu bu gün evdə “Barselona” ilə qarşılaşacaq. Cavab oyunu isə martın 3-də “Kamp Nou”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button