
“Barselona”nın zədəli futbolçusu qayıdacağı vaxtı açıqladı
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal zədədən sonrakı mümkün dönüş tarixi ilə bağlı açıqlama verib.
Mövsümün əvvəlində əsas komandaya yüksələn 17 yaşlı futbolçu ön çarpaz bağlarının qopması səbəbilə uzun müddət yaşıl meydanlardan uzaq qalıb. Gənc futbolçu bu müddət ərzində cəmi üç oyunda iştirak edə bilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, təxminən bu ilin avqustunda meydana qayıda biləcəyini deyib:
“Düşünürəm ki, təxminən bu ilin avqust ayında meydana qayıda biləcəm”.
“Barselona” artıq La Liqa çempionluğunu iki tur əvvəl təmin edib. Bu səbəbdən “Vilyarreal”a 2:3 hesablı məğlubiyyət komandanın mövqeyinə təsir etməyib. Mark Bernal isə mayın 26-da 18 yaşını qeyd edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



