“Barselona”nın yeni hədəfi – almaniyalı futbolçu

İspaniyanın “Barselona” klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Barsa” “Çelsi”nin müdafiəçisi Antonio Rüdigeri transfer etməyi planlaşdırır. Məlumata görə, Kataloniya klubu yanvarda 27 yaşlı futbolçunun keçidini həll etmək üçün çalışacaq. Klub Rüdigeri “Mançester Siti”dən transfer etmək istədiyi Erik Qarsiyanın əvəzləyicisi olaraq görür.

2017-ci ildən “Çelsi”nin şərəfini qoruyan almaniyalı futbolçu London klubundakı vəziyyətindən razı deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button