
“Barselona”nın yay transfer dövrü üçün 2 hədəfi var
“Barselona” yay transfer dövrü üçün iki böyük hədəfi müəyyənləşdirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu həm hücum xəttini, həm də müdafiəni gücləndirmək niyyətindədir.
Mənbənin bildirdiyinə görə, Xulian Alvares “Atletiko”nu tərk etmək qərarı versə, o, “Arsenal” və PSJ-dən gələn təkliflərə baxmayaraq, seçimində “Barselona”ya üstünlük verəcək. Argentinalı hücumçunun madridlilərlə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. O, hazırda komandasında xoşbəxt olduğunu desə də, gələcəkdə klubunu dəyişmək ehtimalını da açıq saxlayıb.
“Barselona” həmçinin, müdafiə xətti üçün “İnter”in futbolçusu Alessandro Bastoni ilə maraqlanır. 27 yaşlı müdafiəçi özü də Kataloniya klubuna keçidə müsbət yanaşır və transfer prosesini asanlaşdırmaq üçün “İnter”lə danışıqlara kömək etməyə hazırdır.
İtaliyalı futbolçunun potensial transfer dəyəri 70–80 milyon avro civarında qiymətləndirilir. Tərəflər arasında danışıqların yaxın vaxtlarda başlaması gözlənilir.
Bizi Facebook-da izləyin



