Fermin Lopesi DÇ-2026-da əvəzləmək üçün 3 namizəd var

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes zədələndiyinə görə İspaniya millisinin 2026-cı il dünya çempionatı üçün heyətində dəyişiklik gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lopesin yerinə millinin heyətinə düşmək üçün üç futbolçu namizəddir: Ansu Fati (“Monako”), Alberto Moleyro (“Vilyarreal”) və Pablo Fornals (“Betis”).

Daha əvvəl “Barselona”dan bildirilib ki, Lopes “Betis”lə keçirilən La Liqanın 37-ci tur matçında ayağının beşinci metatars (ayağın kənar hissəsi) sümüyünü qırıb. Onun əməliyyat olunacağı və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

İspaniya millisinin DÇ-2026 üçün yekun heyəti mayın 25-də elan olunacaq. Turniri həmçinin, Dani Karvahal (“Real”) və Alvaro Morata (“Komo”) da buraxa bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button