“Messi 70 yaşına qədər futbol oynamalıdır” – Eto

“Barselona”nın və Kamerun millisinin keçmiş üzvü Samuel Eto açıqlama verib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı sabiq futbolçu, “Barselona”nın kapitanı Lionel Messi haqda danışıb:

“Messi dünyanın və futbol tarixinin ən yaxşısıdır. Onu hər zaman komandada görmək istəyirəm. Ancaq Messiyə kömək edən lazımdır. O, artıq 25 yaşlı biri kimi qaça bilmir, düzdür, bəzən bunu da bacarır.

“Barselona” Messinin daha çox oynaması üçün ona yaxşı komanda yoldaşları gətirməlidir. Düşünürəm ki, Messi 70 yaşına qədər futbol oynamalıdır. Ki, biz də uzun müddət bundan zövq alaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button