Messi əskidən hazırlanan topla mükafatlandırıldı

“Barselona”nın futbolçusu Lionel Messi mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu Roma Papası Fransisk Fondunun mükafatına layiq görülüb. Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

Messi, Amerika kuboku-2019-un yekunlarına əsasən, 191 ölkənin 500 mindən çox təhsil müəssisəsinin qatıldığı sorğuda 34,28 faiz səslə birinci olub.

Messiyə bu münasibətlə mozambikli uşaqların əskidən hazırladıqları və küçə futbolunu simvolizə edən top hədiyyə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button