“Barselona” portuqaliyalı futbolçunun transferini planlaşdırır

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yayda “Barselona”ya keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı futbolçunu azada agent kimi transfer etmək istəyir, çünki Silva hələ də “şəhərlilər”lə müqaviləsinin müddətini uzatmayıb.

“Barselona” bu qış transfer pəncərəsində Silva ilə yay keçidi üzrə razılıq əldə etməyi planlaşdırır.

31 yaşlı oyunçu “Mançester Siti”də 2017-ci ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 29 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button