“Barselona”nın prezidentindən oyunçulara təsəlli

“Barselona”nın prezidenti Xuan Laporta UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko” ilə keçirilən cavab oyunundan sonra komandanın paltardəyişmə otağına baş çəkib.

Kataloniyalılar cavab matçında 2:1 hesabı ilə qələbə qazansalar da, bu, yarımfinal üçün kifayət etməyib. Belə ki, komanda ilk oyunda evdə 0:2 hesabı ilə məğlub olmuşdu.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Laporta oyundan dərhal sonra futbolçuları təsəlli etmək üçün tələsik paltardəyişmə otağına yollanıb. Klub rəhbəri ilə birlikdə idman direktoru Deku da olub.

Həm futbolçular, həm də baş məşqçi Hans-Diter Flik oyundan sonra olduqca məyus vəziyyətdə olublar.

“Barselona” sonuncu dəfə 2015-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda ötən mövsüm isə yarımfinala qədər irəliləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button