“Barselona”nın prezidenti növbəti dəfə Messi haqda danışdı

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin Kataloniya klubundan ayrılmasından təəssüflənib-təəssüflənməməsi ilə bağlı suala cavab verib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəhbəri nə lazımdırsa, onu etdiyini deyib:

“Mən etməli olduğumu etdim. Onun “Barselona”da oynamağa davam etməsini istərdim, amma maddi səbəblərə görə bu mümkün deyildi. Mən bu qərarı verməli oldum”.

Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da oynayıb. Argentinalı futbolçu Kataloniya klubu ilə 9 dəfə La Liqa, 8 dəfə İspaniya superkuboku, 7 dəfə İspaniya kuboku, 4 dəfə Çempionlar Liqası, 3 dəfə UEFA superkuboku və 3 dəfə Klublararası dünya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button