“Barselona”nın prezidenti Messiylə nə danışıb? – Açıqlama

“Barselona”nın prezidenti Xuan Laporta bu yaxınlarda PSJ-nin hücumçusu Lionel Messi ilə danışdığını bildirib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, klub prezidenti, argentinalı futbolçu ilə müqavilə bağlamaq istədiklərini deyib:

“Mən Leo ilə klubu hər şeydən, o cümlədən dünyanın ən yaxşı oyunçusundan da üstün tutmalı olduğum zaman yaranan vəziyyəti düzəltmək üçün danışdım. Biz onunla bu yaxınlarda yazışdıq. Bu ünsiyyət həqiqətən sevgi ilə dolu idi, gözəl idi. Mən onu dünya çempionatının qalibi olması münasibətilə təbrik etdim. Biz uzun illərdir bir-birimizi tanıyırıq, münasibət qurmuşuq.

Messi ilə müqavilə bağlamaq istəyirik, amma onun transferinə böyük pul qoymayacağıq. Klub qənaət rejimindədir. Növbəti mövsümdə çox rəqabətli komanda qurmaq üzərində işləyirik”

Messi bu mövsüm PSJ ilə Fransa Liqa 1-də 29 matçda 15 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button