
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
“Barselona”nın prezidenti Xuan Laporta komandanın vingeri Rafinyanın zədələnməsinə görə FİFA-nı sərt tənqid edib.
Braziliyalı futbolçu Fransa yığmasına qarşı keçirilən yoxlama matçında (1:2) zədələnərək sıradan çıxıb və onun təxminən beş həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Komanda.az “Mon Esport”-a istinadən xəbər verir ki, Laporta, FİFA-nın oyunçuların klub və milli komandalar arasında həddindən artıq yüklənməsini nəzərə almalı olduğunu bildirib.
O, “Rafinyanın zədəsi biabırçılıqdır” deyərək, beynəlxalq futbol qurumunun təqvimi düzgün tənzimləmədiyini vurğulayıb. Klub rəhbəri qeyd edib ki, futbolçular öz milliləri üçün maksimum güclə oynayırlar, ancaq əsas problem sıx qrafikdir.
Laporta, həmçinin, əlavə edib ki, mövsümün həlledici mərhələsində belə zədələrin baş verməsi böyük klublar üçün ciddi zərbədir.
Bizi Facebook-da izləyin



