
“Barselona”nın narazı futbolçusu Almaniya klublarının hədəfindədir
“Barselona”nın yarımmüdafiəçisi Noah Darviç Almaniya Bundesliqasının bir neçə klubunun diqqət mərkəzinə düşüb.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik onu mövsümöncəsi hazırlıqda görmək istəsə də, Darviç artıq Almaniya klublarından bir neçə təklif alıb.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu oyun praktikasının azlığından narazıdır və bu səbəbdən, “Barselona”dan ayrılmaq ehtimalını ciddi şəkildə dəyərləndirir. Kataloniya klubu onu satacağı təqdirdə, müqaviləyə geri alma hüququnu daxil etməyə çalışacaq.
18 yaşlı oyunçu ilə xüsusən, Dortmund “Borussiya”sı və “Ştutqart” klubları maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



