“Barselona”da Suares şoku – Əməliyyat olunacaq

“Barselona”nın hücumçusu Luis Suares əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bir neçə həftədir dizində ağrılar olan uruqvaylı futbolçu, bu gün əməliyyat olunacaq. 32 yaşlı hücumçunun son durumu əməliyyatdan sonra açıqlanacaq.

İspaniya mətbuatının xəbərinə görə, Suares 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Suares may ayının əvvəlində zədələnmiş və dizindən əməliyyat olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button