“Sevilya” kimi güclü rəqibə qarşı yaxşı oynadıq” – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Ronald Arauxo La Liqada “Sevilya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən matçda komandasının yeganə qoluna imza atan Arauxo, oyunla bağlı bunları deyib:

“İrəli doğru addım atdıq. “Sevilya” kimi güclü rəqibə qarşı yaxşı oynadıq. İkinci hissədə üstün olan tərəf biz idik və qələbə qazana bilərdik. Qələbəyə layiq oyun sərgilədik. Sadəcə ani diqqətsizliyimizdən qol buraxdıq.

Çox çalışırıq. Oyunlarda qələbə qazanmaq üçün daha çox qol vurmalıyıq. Çalışırıq və çempionatda daha irəli sıralarda olacağımıza ümid edirik”.

“Barselona” La Liqada 7-ci sıradadır.