“Barselona”nın futbolçusu Finlandiyaya getdi

“Barselona”nın futbolçusu Osman Dembele Finlandiyaya yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, fransız hücumçunun Finlandiyaya yollandığı və burda əməliyyat olunacağı bildirilib.

Bu gün əməliyyat olunacaq Dembelenin yaşıl meydanlara qayıdacağı vaxt hələ məlum deyil.

Dembele üç il əvvəl də eyni yerdən zədələnmiş və əməliyyat olunmuşdu. 22 yaşlı futbolçunun bu dəfə də ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Fransalı futbolçu bu mövsüm La Liqada 5, Çempionlar Liqasında 4 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button