“Vurduğum qol həlledici olduğu üçün çox xoşbəxtəm”

“Barselona”nın futbolçusu Luk de Yonq La Liqada “Malyorka”nı məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, komandasına qələbə qazandıran qolun müəllifi olan niderlandlı hücumçu, matçla bağlı bunları söyləyib:

“İlə yaxşı başlamaq və gözəl oyun nümayiş etdirmək vacib idi. Heyətimizdə itkilər çox olsa da, vacib qələbə qazandıq. Vurduğum qol həlledici olduğu üçün çox xoşbəxtəm. Əsas olan qələbə qazanmaq idi. İlə üç xalla başladıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button