Luis Suaresə 3 illik müqavilə təklifi

“Barselona”nın futbolçusu Luis Suares karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu “Yuventus”la danışıqlar aparır. Turin təmsilçisi 33 yaşlı hücumçuya 3 illik müqavilə təklif edib. Suares bu sözləşməylə ümumulikdə 30 milyon avrodan çox qazanacaq.

Suaresin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button