Messi Ronaldonun dəvətini cavabsız qoymadı

“Barselona”nın futbolçusu Lionel Messi “Yuventus”lu Kriştiano Ronaldonun birlikdə nahar etmək təklifinə cavab verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Messi, portuqaliyalı hücumçunun təklifini müsbət qarşıladığını bildirib:

“Ronaldo ilə fikir ayrılığım yoxdur. Dost olmaya bilərik, çünki paltardəyişmə otağında heç vaxt bir yerdə olmamışıq. Amma həmişə mükafatlandırma mərasimində yan-yana otururuq. Yeri gəlmişkən, Monakodakı tədbirdən sonra Ronaldo ilə uzun söhbətimiz oldu. Birgə naharın olub-olmayacağını bilmirəm. Çünki hərəmizin öz həyatı və vəzifələri var. Əlbəttə ki, dəvəti qəbul edirəm”.

Ronaldo Messi ilə birgə qatıldığı Monako şəhərindəki tədbirdə argentinalı oyunçuya birlikdə nahar etməyi təklif etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button