“Barselona”lı üçün 5 “elçi”

“Barselona”nın futbolçusu Jan-Kler Todibo komandadan ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə “Milan”, “Monako”, “Sauthempton”, “Bayer” və “Uotford” yaxından maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Todibonun yaxın zamanda qərarını verəcəyi gözlənilir. Fransız futbolçunun transfer dəyəri 25 milyon avrodur.

“Barselona” ilə 2023-cü ilin yayına qədər müqaviləsi olan Todibo bu mövsüm 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button